Bu gün Olimpiya Ehtiyatları İdman Məktəbinin stadionunda 15 – İyun Milli Qurtuluş Gününə həsr olunmuş mini futbol turniri keçirilib. SİA-nın məlumatına görə, turnir Yeni Azərbaycan Partiyası və Futbol Veteranları İttifaqının birgə təşkilatçığı ilə baş tutub.
Məlumat üçün bildirək ki, turnirdə 4 komanda - YAP, \"Neftçi Veteranları\", SəsTv və \"Jurnalistlər Birliyi\" mübarizə aparıb.
Paralel keçirilən oyunlarda YAP futbolçuları \"Neftçi Veteranları\" ilə, SəsTv komandası isə, \"Jurnalistlər Birliyi\" ilə qarşılaşıb. Final uğrunda gərgin keçən SəsTv - \"Jurnalistlər Birliyi\" görüşü (3:3 ) heç-heçə başa çatıb. Oyundan sonra qalibi müəyyən etmək üçün qapılara 3 penaltı zərbəsi təyin olunub. Lakin, bu dəfə qalib tərəf Səs TV komandası olub (6:5).
Qeyd edək ki, bu qarşılaşma ilə paralel keçirilən YAP – \"Neftçi Veteranları\" görüşündə isə qalib təyin olunmuş vaxtda məlum olub. Belə ki, YAP komandası \"Neftçi Veteranları\" üzərində 8:4 hesabı ilə qələbə qazanıb.
Daha sonra turnirin qalibi uğrunda YAP futbolçuları ilə SəsTv komandaları yarışıb. İlk hissə 5:0 hesabı ilə Yeni Azərbaycan Partiyası komandasının üstünlüyü ilə başa çatıb. Ancaq, ikinci hissədə oyunun gedişatında dəyişiklik etməyi bacaran SəsTv komandası YAP-ın qapısından 3 top keçirməyə müvəffəq ola bilib. Cavabında isə, rəqib komanda eyni sayda topu SəsTv-nin qapısından keçirib (8:3).
Beləliklə, 15 – İyun Milli Qurtuluş Gününə həsr edilmiş mini futbol turnirinin qalibi Yeni Azərbaycan Partiyasının komandası olub. İkinci yerə SəsTv, 3-cü yerin sahibi \"Jurnalistlər Birliyi\", 4-cü yeri isə \"Neftçi Veteranları\" əldə edib.
Oni da əlavə edək ki, bundan sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə hədiyyələr və kubok təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB