\"Neftçi\"  hansı futbolçularla yollarını ayırıb?

Bakının "Neftçi" futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən 6 oyunçu heyətdən kənarlaşdırılıb.
Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə müddəti bitən Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynov ilə komanda yollarını ayırıb.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə