\"Neftçi\" hansı futbolçularla yollarını ayırıb?
23 May 2012 14:18 (UTC+04:00)
Bakının "Neftçi" futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev və
məşqçilər korpusunun təqdimatına əsasən 6 oyunçu heyətdən
kənarlaşdırılıb.
Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə müddəti bitən Denis Silva
Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev,
Fərid Quliyev və Cavid Hüseynov ilə komanda yollarını ayırıb.
Aygün İlqarqızı