“Azərbaycan Olimpiya qızılına sahib olmaq üçün rüşvət verməyib”

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Azərbaycanın London Olimpiadasında qızıl medal əldə etmək üçün rüşvət verməsi ittihamlarını əsassız sayıb. Siasport.az saytı xəbər verir ki, İngiltərənin BBC televiziyası, hələ sentyabrda efirə verdiyi süjetdə 2012-ci ilin Olimpiya Oyunlarında qızıl medala sahib olmaq üçün Azərbaycanın AİBA-ya 9 milyon dollar rüşvət verməsi ittihamını irəli sürmüşdü. Beynəlxalq Federasiya bununla bağlı, 5 nəfərdən ibarət xüsusi təhqiqat qrupu yaradıb və araşdırmalar nəticəsində məlum olub ki, səslənən ittihamların heç bir əsası yoxdur və bütün bunlar sübuta yetirilməyib. AİBA fərdi sahibkar Həmid Həmidovun WSB liqasının Amerika zonasına investisiya qoymasını müəyyənləşdirib. Bu isə qanunla qadağan olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə