Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

SİA xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da mümkün rəqibi bəlli olub.

Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə