“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Klubdan SİA-ya bildirilib ki, Ülvi İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024-2025-ci illər mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti birillikdir.

Qeyd edək ki, Naxçıvan təmsilçisi buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla yeni müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə