Azərbaycanın stolüstü tennisçiləri Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında iştirak edəcəklər. Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, Universiadada 7 idmançı mübarizə aparacaq.
Heyətdə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev yer alacaq.
İyulun 16-da başlayacaq yarışa ayın 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə