Fransanın PSJ klubu Avropanın top-5 liqalarında ən uzun məğlubiyyətsiz səfər seriyası ilə bağlı İtaliya təmsilçisi "Milan"ın 1993-cü ildə müəyyənləşdirdiyi rekordu təkrarlayıb. SİA "Squawka"ya istinadən xəbər verir ki, bu seriya 38 matçdan ibarətdir.
Paris təmsilçisi 30 oyunda qələbə qazanıb, 8 dəfə heç-heçə edib.
PSJ hazırda 29 oyundan sonra 71 xalla Fransa çempionatının turnir cədvəlinin vahid lideridir. İkinci yerdə 50 xalla “Monako” qərarlaşıb. İlk "üçlüy"ü 49 xalla “Marsel” tamamlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə