Neymar onu belə yola saldı

"Santos”un oyunçusu Neymar əfsanəvi braziliyalı müdafiəçi Marselonun karyerasını başa vurmasına reaksiya verib. SİA xəbər verir ki, o, sosial şəbəkədə yazıb: “Böyük karyera münasibətilə təbrik edirəm, dostum! Futbol tarixinin ən yaxşı sol cinah müdafiəçilərindən birinin səyahətinin bir hissəsi olmaq şərəf idi! Nə yaxşı ki, braziliyalısan… Əldə etdiyin hər şeydən həzz al, qardaş. Sən buna layiqsən”. Qeyd edək ki, Marselo peşəkar karyerası ərzində klub səviyyəsində 663 oyun keçirib, 52 qol vurub və 106 məhsuldar ötürmə edib. O, həmçinin Braziliya millisində 58 oyun keçirib, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə