"Lənkəran" klubu heyətini amerikalı basketbolçu Maykl Karterlə gücləndirib. SİA bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 1.98 sm boya malik müdafiəçi peşəkar karyerası ərzində 2 klubun şərəfini qoruyub.
Azərbaycan basketboluna yad sima olmayan M.Karter ötən il "Neftçi"nin uğurları üçün çalışıb. 27 yaşlı idmançı Bosniya və Herseqovinanın "Posuşje" klubunun da formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB