"Araz-Naxçıvan" turun ilk oyununda "Səbail"i məğlub edib

"Araz-Naxçıvan" Misli Premyer Liqasında "Səbail"i məğlub edib. SİA-nın məlumatına görə, XVI turun ilk oyunu “ASCO Arena”da keçirilib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 56-cı dəqiqədə Bernardo Dias adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarını sayını 39-a çatdıran Naxçıvan klubu hələlik birinci pillədə qərarlaşıb. "Dənizçilər" 8 xalla sonuncu-onuncu sırada yer alıb.

Günün ikinci matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə