Bu gün Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutacaq. SİA-nın məlumatına görə, “Beşiktaş” “Fənərbaxça” ilə üz-üzə gələcək. Qarşılaşma “Tüpraş” stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, turnir cədvəlində “Fənərbaxça” 32 xalla 2-ci, “Beşiktaş” isə 22 xalla 5-ci yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə