Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin proqramı bəlli olub. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Raundun matçları iki günü əhatə edəcək.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr
15:00. “Qaradağ Lökbatan” – “Səbail”
“ASCO Arena”
16:00. “Araz-Naxçıvan” – “Mingəçevir”
“Liv Bona Dea Arena”
18:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu
4 dekabr
16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu
16:00. “Kəpəz” – “İmişli”
Tovuz şəhər stadionu
18:00. “Neftçi” – “Difai”
“Neftçi Arena”
19:00. “Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu
19:00. “Sumqayıt” – MOİK
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, "CBC Sport" vasitəsi ilə canlı yayımlanacaq oyunlarda VAR sistemi tətbiq olunacaq. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu Misli Premyer Liqasında çıxış edən klubları qəbul etməyə hazır olmadığı üçün 1/8 final mərhələsinin “Qaradağ Lökbatan” – “Səbail” oyunu “ASCO Arena"da reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə