"Naxçıvan” daha bir basketbolçunu heyətinə qatıb

“Naxçıvan” daha bir basketbolçunu heyətinə qatıb. Klubdan SİA-ya verilən məlumata görə, ABŞ-dən olan Deshaun Vade ilə 1 illik müqavilə imzalanıb. 25 yaşlı oyunçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan “Burji Telavi” komandasında çıxış edib. Xatırladaq ki, “Naxçıvan” klubu bundan əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze, Dmitro Juravlov və Jermain Marrow ilə yeni sözləşmə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə