“Qarabağ”ın rəqibi derbidə uduzdu

İngiltərə Premyer Liqasında 4-cü turun oyunları keçirilir. SİA xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem” doğma meydanda “Arsenal”ı qəbul edib. Şimali London derbisi qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Xallarını 10-a yüksəldən “Arsenal” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 4 xalı olan “Tottenhem” isə 13-cü yerdədir.

Qeyd edək ki, “Qarabağ” “Tottenhem”lə 26 sentyabr tarixində Londonda qarşılaşacaq. “Tottenhem” – “Arsenal” 0:1 Qol: Qabriel Maqalyaes, 64

Bütün xəbərlər Facebook səhifəmizdə