İngiltərəli futbolçu "Mançester Siti" klubunu tərk edib

İngiltərəli futbolçu Liam Delap "Mançester Siti" klubunu tərk edib. SİA xəbər verir ki, 21 yaşlı hücumçu İngiltərənin digər təmsilçisi "İpsviç"ə transfer olunub.

Onunla müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. "Transfermarkt" portalı sövdələşməni 17,85 milyon avro qiymətləndirib.

Delap ötən mövsüm icarə əsasında “Hall Siti”də çıxış edib. O, 31 çempionat matçında 8 qol vurub, 2 məhsuldar ötürmə edib. “Mançester Siti”nin heyətində isə cəmi 6 oyuna çıxıb və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə