Xavi Vitor Rokenin niyə az oynadığını izah etdi...

Kataloniya "Barselona"sının baş məşqçisi Xavi Ernandes komandaya yeni gələn Vitor Rokenin oyun vaxtı haqda danışıb.

...Roke Barselonaya köçdükdən sonra yaxşılaşıb. Bu, gələcəkdə bizə çox şey verə biləcək oyunçudur. Yəqin ki, növbəti matçda meydanda dəqiqələr alacaq. O, hələ bizim mövqe oyunumuzu başa düşməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, “Mundo Deportivo” bunu Xaviyə istinadən bildirir.

Qeyd edək ki, İspaniya çempionatının 31-ci turu çərçivəsində “mavi qranatlar” səfərdə “Kadis”lə qarşılaşacaq.

Bu mövsüm Roke "Barselona"nın heyətində 12 oyun keçirib və iki qol vurub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə