"Çelsi" Haverts üçün 50-60 milyon avro və bonuslar istəyir

...Əvvəl 70 deyirdi, amma “Çelsi” indi Kai Haverts üçün 50-60 milyon avro istəyir.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”in almaniyalı yarımmüdafiəçi ilə maraqlandığı haqda xəbərlər yayılmışdı. Jurnalist Florian Plettenberqin sözlərinə görə, “Real Madrid” futbolçu ilə əlaqə saxlayırdı, lakin hazırda danışıqlar inkişaf etmiş mərhələdən uzaqdır.

SİA-nın əldə etdiyi məlumata görə, Havertsin "Çelsi" ilə 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulan müqaviləni yeniləməkdən imtina etməsi ehtimalı güclüdür.

Bununla əlaqədar olaraq London klubu futbolçunu bu yay satmağa hazırdır. "Çelsi"nin Haverts üçün istədiyi məbləğin 50-60 milyon avro və bonus ödənişləri olduğu bildirilir.

Onu da qeyd edək ki, “Real Madrid” 2020-ci ildə “Bayer”dən “Çelsi”yə keçməmişdən əvvəl də Havertsi almaq istəyirdi.

Yeri gəlmişkən, Kai Havertz 35 liqa matçında 7 qolla Premyer Liqada keçən mövsüm "Çelsi"nin bombardiri olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə