“Mançester Yunayted” 1/8 finalda

İngiltərə Kubokunda 1/8 finala yüksələn növbəti komanda “Mançester Yunayted” olub. SİA xəbər verir ki, “qırmızı şeytanlar” 1/16 finalda “Old Trafford”da “Ridinq”i qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Mançester Yunayted”in qollarını Kazemiro (2) və Fred vurub. “Ridinq”in heyətində isə Mbenque fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə