Vüqar Həşimov adına 8-ci Memorial turnir keçirilib - FOTOLAR

Vüqar Həşimov adına keçirilən 8-ci Memorial turnirin eyni adlı akademiyasında mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyevə ilk olaraq söz verilib.

Anar Allahverdiyev mətbuat nümayəndələrini salamlayaraq turnirin formatı haqqında məlumat verib və turnirin 17-24 dekabr tarixləri ərzində keçiriləcəyini bildirib. O bildirib ki, turnirdə Azərbaycanın tanınmış şahmatçılarından olan Şəhriyar Məmmədyarov və Macarıstanlı Ricard Rapporda iştirak edəcək.

Daha sonra isə turnirin baş hakimi Lütfiyar Rüstəmov media nümayəndələrinə turnirin oyunları haqqında məlumat verib. Lütfiyar Rüstəmov bildirib ki, turnir iki formatda keçiriləcək oyunlarla xal hesabı ilə hesablanaraq qalibləri müəyyənləşdirəcək.

Müəllif: Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə