“Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlimlər başa çatıb - FOTOLAR

Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalislər üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlimlərin bağlanış mərasimi olub. SİA xəbər verir ki, bağlanış mərasimində MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli, Dövlət Gömrük Komitəsinin Sədr-müavini İsmayıl Hüseynov iştirak ediblər.

Təlimlərin sonunda gömrük xidmətləri ilə bağlı suallar jurnalistlərə təqdim olunaraq test yoxlanışı keçirilib. Qalib gələn jurnalistlərə Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyi tərəfindən mükafatlar təqdim olunub.

Həmçinin sonda bütün jurnalistlərə təlimdə iştiraka görə sertifikatlar verilib.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə