Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir

Azərbaycanda güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşir.

SİA-nın məlumatına görə, bu barədə məsələ yeni hazırlanan “Media haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə vurğulanır ki, reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.

Qeyd olunur ki, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə