"Məni ölümün pəncəsindən həkimlər qurtardı" - TƏŞƏKKÜR

Respublikamız müstəqillik eldə etdikdən sonra bütün sahələrdə, o cümlədən səhiyyə sektorunda bir çox dəyişikliklər baş verib. Əvvəllər isə, yəni SSRİ dövründə Azərbaycanda bir çox xəstələr müalicə almaq üçün xarici ölkələrə üz tuturdular.

Lakin son dövrlər Azərbaycanda səhiyyə sahəsində uğurlu dəyişikliklər oldu. Səhiyyə ocaqları, xəstəxana və klinikalar əsaslı təmir edildi, yeni-yeni tibb müəssisələri tikilib xalqın istifadəsinə verildi. Buna görə də əksər xəstəliklərin müalicəsini artıq ölkəmizdə aparmaq mümkünə çevrilib.

Bu yaxınlarda redaksiyamıza gələn Cəlilov Eldar Vəli oğlu da səhiyyəmiz barədə danışdı və onu müalcə edən həkimlərə təşəkkür etmək istədiyini bildirdi "Mən demək olar ki, ölümdən qönmüşəm. Ölümün pəncəsindən məni qurtaranlar isə həkimlər oldu. Bu həkimlər - torokal cərrah, doktor Arif Ağayev və Orxan Quliyev ailəmizə sevinc bəxş etdilər. Onlara nə qədər minnətdar olsaq da azdır. Pensiya yaşına qədər dövlət qulluğunda işləmişəm. Tale elə gətirdi ki, xəstəliyə tutuldum. Həkimə müraciət etdik və müayinədən keçdikdən sonra məsləhət gördülər ki, cərrahi əməliyyatı olunmalısan. Əməliyyat çox uğurla keçdi və hazırda özümü gümrah hiss edirəm. Mən və mənim ailəm əməliyyatdan uğurlu çıxdığıma görə həkimlərə təşəkkür edirik. Tanrı yar və yardımçıları olsun".

Qeyd edək ki, torokal cərrah, doktor Arif Ağayev 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2006-2008-ci illərdə M.Nağıyev adına Klinik Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasında cərrahlıq ixtisası üzrə subordinatura kursu keçib. 2008-2010-cu illərdə Ukraynanın paytaxtı Kiyev şəhərində P.L.Şupnik adına diplomdan sonrakı Milli Tibbi Akademiyasında professor M.M.Bağırovun rəhbərliyi altında torakal cərrahiyyə ixtisası üzrə kliniki ordinatura təhsili keçib. Doktor Arif Ağayev 2010-2014-cü illərdə həmin akademiyada torakal cərrahiyyə ixtisası üzrə kurs bitirib. Op.Dr.e.n. Arif Ağayev Avropa və Ukrayna Torakal Cərrahlar Assosiasiyasının üzvüdür. 3 ixtiraya görə patentin, 15 elmi məqalə və 6 tezisin müəllifidir.

Dr.A.Ağayev hazırda ATU Tədris Cərrahiyyə Klinikasında və Bakı Sağlamlıq Mərkəzində torakal cərrah kimi çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə