Qalada şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib

06 Noyabr 2021-ci il tarixində Xəzər rayonunun Qala qəsəbəsində “8 Noyabr – Zəfər Günü” münasibətilə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Nasir Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, Şəhid ailələri və qazilər, ictimai birliklərin rəhbərləri, din xadimləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları tərəfindən ilk öncə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına əklil qoyularaq, şəhidlərin ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilib.

Mərasimdə Azərbaycan Ordusunun qüdrətindən və şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, bir qrup şəhidin medallarının təqdimatı baş tutub.

Şəhid Məmmədzadə İman və Bəhrəmın atası Elman Məmmədzadə çıxış edərək Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...