Qazaxda 8 Noyabr - Zəfər günü münasibəti ilə tədbir keçirilib

Qazax Rayon Qeydiyyat şöbəsində 8 Noyabr - Zəfər günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən natiqlər xalqımızın bir yumuruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışıblar. Natiqlər, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Qazax Rayon Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova bildirib ki, XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşlarımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Məsumə Səmədova diqqətə çatdırıb ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Nəhayət 2020-ci il Sentyabrın 27-də Ermənistanın Azərbaycana qaşı növbəti təcavüzün qarşısı alınaraq Ali baş komandanın tapşırığı ilə odumuz əks həmlə ilə hücuma keçmişdi. 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Məsumə Səmədova 1990-92-ci illərdə Qazax rayonun da müharibədən əziyyət çəkdiyini, rayonun Bağanıs Ayrım kəndində erməni vandallarının törədikləri cinayətdən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...