Dəbdəbəli qəbir daşlarında kimlər və niyə maraqlıdır? - MARAQLI FAKTLAR - ARAŞDIRMA
Məzar daşının hansı materialdan və məzarın ölçüsündən necə istifadə edəcəyinizə qərar verərkən təyin etdiyiniz büdcə daxilində bir seçim etmək istəyirsiniz, ancaq mövzu ilə bağlı çox az məlumatınız var. İstifadə olunan daş növünə görə qəbir daşları növləri müxtəlifdir.
Türbə tikintisində istifadə olunan daş modelləri 4 fərqli sinfə bölünür. Qiymət, dayanıqlıq, görünüş, keyfiyyət və detalları kimi fərqli xüsusiyyətlərə sahib olan bu məhsullara nəzər salaq.
Mərmər Daşı
İstifadə sıxlığına görə 2 - ci yerdə olan və görünüşcə keyfiyyətli və gözəl formada olan təbii bir daşdır. Güc və davamlılığı çox yüksək səviyyədədir.
Traverten məzar daşı
Ən çox üstünlük verilən və ən çox istifadə edilən məzar daşının Travertin olduğunu söyləyə bilərik. Türbələrin təxminən 60% -65% - i travertin modellərindən istifadə edilməklə hazırlanır.
Həm qiymət baxımından daha əlverişli, həm də torpağın rənginə daha yaxın olması, daha gözəl bir görünüş təqdim etməsi və ətraf mühit şəraitinə çox davamlı olması səbəbindən müştərilərin və məzar tikdirmək istəyən insanların əsas seçimidir. Fərqli rənglər və fərqli tonlar olmasına baxmayaraq, ümumi görünüşü bej-qəhvəyi və ağ-bej tonları arasındadır. Bunların xaricində, çəhrayı-bej tonları ilə xoş bir görünüş təqdim edən “Pink traverten” modelləri istifadə edilməyə başlanıb.
Qranit məzar daşı
Qranit, ən çox dəyəri olan, lakin ən yüksək görmə keyfiyyətini təqdim edən və məzar tikdirmək istəyənlər üçün ən fərqli dizaynlara sahib olan daşdır. Qara rəngli modellər daha çox istifadə olunur.
Hazır məzarlar
Qiymət baxımından çox aşağı olan bu məzar modellərində istifadə edilən daş, sıxılma nəticəsində əmələ gələn və gücü digər təbii daşlarla müqayisə oluna bilməyəcək qədər aşağı olan bir məhsuldur. Qiymət səviyyəsi olduqca aşağı olduğu üçün, həm material, həm də işçiliklə əlaqədar problemlər səbəbindən 1-2 il ərzində məzarda görünən aşınmalar və deformasiyalar olduğunu təsbit edə bilərsiniz.
Qəbir inşasına və daş seçiminə təsir edən amillər
1) Daş Seçimi: Yuxarıdakı daş seçimi hissəsinə baxdıq. Qiymət, görünüş və davamlılıq baxımından əhəmiyyətli bir meyar olduğunu qeyd etdik. Daş modellərin əsas detallarına qısaca baxsaq;
Qranit: Bahalı, orta gücü, üstün memarlığı və görünüşü.
Mərmər: Orta qiymətə malikdir və həm davamlı, həm də möhkəmdir. Yüksək keyfiyyətli görünüşə malik dizaynlar hazırlana bilər.
Travertin: Çox yüksək gücü və davamlılığı, gözəl görünüşü olan məhsullar ucuz qiymət səviyyəsində istehsal edilə bilər.
Hazır Qəbir: Çox aşağı qiymətə, çox aşağı gücə və dayanıqlığa malik orta keyfiyyətli görünüşlü bir məhsuldur.
2) Zəmanət və dayanıqlılıq müddəti: Hazırlatdırdığınız məzar daşları üçün xarici faktorlara qarşı qeyd -şərtsiz zəmanət və dayanıqlılıq müddətlərini aydın şəkildə öyrənin. Yağışlı və qarlı havalarda istifadə olunan materiallar keyfiyyətsiz olarsa, problemlərə səbəb olacaq. Keyfiyyətli materiallardan hazırlanan qəbir daşında montaj prosesində belə problemlərlə qarşılaşmayacaqsınız.
3) Qəbir daşı ölçüləri: Məzarın ölçüləri, hazırlanacaq dizayn üçün əhəmiyyətlidir.
4) Qiymət faktoru və nümunələr: Ən bahalı məhsul qranitdir. Qiymətə təsir edən amillər arasında baş daş hissəsində istifadə olunan şəkillər, motivlər və lazer tətbiqləri var.
SİA olaraq məsələ ilə bağlı, sosioloq, ekspert, psixoloq və din xadimlərinin də fikirlərini öyrənərək araşdırma etdik:
Sosioloq Əhməd Qəşəmoğlu: “Təəssüf ki, öz yaxınlarına dəbdəbəli qəbir düzəltmək bu son on illiklərin əsas bəlasıdır. Yəni, əslinə qalsa bizim öz dinimiz islama görə də məsləhət görülmür ki, qəbir üstündə qeyri-adi dəbdəbə olsun. Sadəcə olaraq qəbrin üstündə bir kiçik daş olsa, qeyd olunsa ki, bu kimdir o bəs edir. Əsrlər boyu din də bunu deyir, vərdişlər də, köhnə qəbiristanlıqlarda da belə idi. Amma bu son on illər maddiyyat amili gücləndiyindən, maddi dəyərlər mənəvi dəyərləri üstələdiyindən, insanlarda bir-biri ilə maddi üstünlüklərinə görə yarışma bəlası yarandığından belə bir hala gəlib çıxdıq.
Elə insanlar var ki, heç valideyni sağ olanda ona bir stəkan çay vermir, baxmır. Amma, öləndən sonra dəbdəbəli bir qəbir düzəltdirir. Bu özünü nümayiş etdirməkdir. Bu həmişə belədir. Cəmiyyətdə hansı dəyərlər üstün olursa, insanlar o dəyərə görə də çalışırlar fərqlənsinlər. Bu insanın psixologiyasıdır. İnsan həmişə fərqlənmək istəyir.
Bir ara böyük dəbə düşmüşdü ki, Azərbaycanda kimin evində yaxşı kitabxana olar, piano olar. Bu məsələn 77-ci, 80-ci illərin dəbi idi. Hamı çalışırdı ki, evində yaxşı kitabxanası olsun.
Sonra isə 20 il öncə mən qorxunc bir hadisə ilə rastlaşdım. Mənim evim biraz zəngin insanların yaşadığı çoxmərtəbəli bir evin yanında yerləşir. Hər səhər idmana gedirdim, gördüm ki, o zibillikdə o qədər qiymətli kitablar var ki, dəhşətə gəlirdim. Bunlar nə idi?! Artıq o maddi dəyərlərlə üstünlük qabağa keçmişdi, yaşlı adamlar ölmüşdü, onların gəlinləri, övladları evdə kitabları artıq görürdülər, atıb zibilliyə tökürdülər və çox qiymətli bir vaxtlar tapılmayan belə kitabları təsəvvür edin ki, mən Heydər Hüseynovun əsərlərini orada gördüm və götürdüm, hətta evə də gətirdim, başqa bir neçə belə çox qiymətli belə kitabları mən o zibillikdən götürmüşəm.
İndi bu hər vaxtın belə bir hökmü, dəbi var. Bu pis əlamətdir ki, maddiyyatla insanlar yarışanda belə bir hal yaranır. Bu bizim pis göstəricimizdir. Min illərdir ki, bütün tarix bunu göstərib, Peyğəmbərlər, müdrik insanlar, dini kitablar, hamı deyir ki, cəmiyyətdə mənəvi dəyərlərə üstünlük vermək lazımdır. Mənəvi dəyərlər öndə olanda o cəmiyyət özü-özünü tənzimləyir. Sıxışdırılanda isə orda gərginlik, qarşıdurma yaranır. Ona görə də bu qəbir məsələsi bizdə pis göstəricidir, qarşısını almaq lazımdır.
Naxçıvanda artıq bunun qarşısını alırlar. Naxçıvanda adi bir kənd qəbiristanlığına girirdim. 5-6 il bundan qabaq o kənd qəbiristanlığının özündə bir böyük tağlar qurulurdu, hay-küy baxırsan ki, kasıb bir adamdır, amma qəbrin üstündə böyük bir dəbdəbəli dəmirdən bir tağ düzəldib. İndi göstəriş verildi, onların hamısı söküldü, atıldı, sadə qəbiristanlıqdır.
Biz lap Avropaya baxaq. Kinolarda görürsünüz qəbirlərin üstü sadə bir daş olur, ayrı böyük bir heykəllər düzəltmək yoxdur. Ona görə də bunlar düşünürəm ki, tezliklə ortadan götürülsə daha yaxşı olar. Bunun üçün də əhali arasında mənəvi dəyərlərə münasibət dəyişməlidir. Yəni, bizim humanitar, sosial siyasətimiz bu istiqamətdə dəyişməlidir”.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev: “Qəbir torpaqları, qəbirlərin verilməsi, tikdirilməsi, onlara müəyyən qeyri-adi başdaşları, mərmər, qoyulması hamısına iaşə xidməti baxır. Yəni, İcra Hakimiyyətləri baxır. Bizə onların heç bir dəlaləti yoxdur.
İnsanın boyuna uyğun qəbir qazılır, insanı üzü qibləyə qəbirə qoyurlar. Duasını deyirlər və üstünü örtürlər. Bununla dini sahədə olan məsələ, vacibat tamamlandı. Qalan şey islamla bağlı olan məsələ deyil.
İslamda adət var ki, kişilər üçün qəbrin qazılması, normal insanın kəməri bərabərliyində olsa yaxşıdır, əgər o yer yumşaqdırsa, islam dinimizdə bu var və qadınlar üçün qazılan məzar biraz dərin qazılsa daha yaxşıdır. O da mümkündürsə, şərait varsa belə qazılmalıdır.
Məsələn, heyvanlar müəyyən ərazilərdə qəbirləri eşiblər, onları dağıdıblar və cəsədləri məzardan çıxarıblar. Bunu ehtiyat edərək, dini baxımdan insanlar elə dəfn olunmalıdır ki, onlar məzarlıqlardan çıxarılmasın, hörmətsizlik olmasın. Elə yerlər var ki, qayalıq, daşlıqdır. Hətta daş və qayaların üzərində insanlar üçün məzar tikib və onları orada dəfn ediblər ifadəsidə var. Yəni şəraitə uyğun edirlər.
Qəbir örtüləndən sonra ona nə cür daş qoyurlar, nə cür tikirlər İslam dinində o məsələlər yoxdur. O insanların özləri ixtiyarı olaraq bu işləri görüblər, heç kəsi dinləmədən, heç kəsə qulaq asmadan ediblər. Amma, istisna insanlar var tarixdə onların məzarları müəyyən şəxsiyyətlər tərəfindən tikilib, qurulub və tarix üçün bir yaddaşa çevrilib. Hətta, məsələn, müxtəlif nişanəli şəhid məzarlıqları onlar üçün müəyyən məzarlar səhmanlanıb, onlar üçün tarixi nişanələr qoyulub, nümunələr qoyulub, tarixi abidələr qoyulub və insanlar gələndə oranı ziyarət ediblər, onların həyat yolunu öyrəniblər. Onlar millət üçün, vətən üçün canlarını fəda ediblər və bugün bizim Şəhidlər Xiyabanında mərmərdən onlar üçün məzarlar düzəlib və şəkilləri də vurulub. Yəni, bu istisna hallar ki, var və yaxud tarixi şəxsiyyətlər məsələn, Peyğəmbərlər, İmamlar, böyük sərkərdələr, imperiya rəhbərləri və yaxud şahlar, prezidentlər və müəyyən tarixi şəxsiyyətlər var ki, istisna insanlardır. Onlar üçün büstlər, heykəllər də qoyulub və məzarları da qeyri-adi düzəldilib.
Məsələn, bugün insanlar Peyğəmbəri ziyarət edirlər, Peyğəmbərin qəbri üstə daş qoyulub ki, bu qeyri-adi bir daşdır. Yəni o zaman üçün o nümunəvidir və yaxud imamların məzarları var. Mən, bir neçə peyğəmbərin məzarını ziyarət etmişəm və görmüşəm. Orada böyük məscidlər, ziyarətgahlar tikiblər. Amma, sadə insanlar üçün bacardığımız qədər məzarı da sadə olmalıdır və ora böyük xərclərin çəkilməsinə ehtiyac yoxdur. Bu israfdır və israf da günahdır.
Dinimiz buyurur ki, “nə iş görürsünüz görün, amma israfa getməyin. İsraf insanı Allahdan uzaqlaşdırar”. Dinimizdə buna icazə verilmir. Yeyin, için, israf etməyin. Allah israf edənləri sevməz.
Müqəddəs quranımızın ayəsində belə də buyurulub. Ümumiyyətlə, məzarların tikilməsi və onların nə cür səhmanlanması ilə bağlı bizdən bir sorğu olunmur. İstər, Amerikada, istər Avropada, istər müsəlman məzarlıqları, istər xristian, istər yəhudi məzarlıqları hər birində əzəmətli qəbirlər tikili daşlar qoyulmuş daşlar da var, sadələri də var. Bunu o ərazinin insanları özləri öz istəkləri ilə edir. Amma birmənalı bizim insanlara məsləhətimiz, nəsihətimiz nə olar ki, çalışsınlar sadə insanlar üçün qeyri-adi məzarlıqlar tikməsinlər və bu işlərdə israfa getməsinlər və bunun demək olar ki, bir savabı yoxdur. Allah dünyasını dəyişənlərimizə rəhmət etsin. Allah təala bizi düzgün olan yola, haqqa Allah buyuranlara yönəltsin İnşallah”.
Psixoloq Fərqanə Mehmanqızı isə məsələnin psixoloji yanlarına toxunub: “Qəbirlərin dəbdəbəli olmasının bir neçə səbəbi var. Bəzi insanlar sağlığında yaxınlarının mənəvi olaraq borcunu ödəyə bilmir. Ona görə də düşünürlər ki, onu üçün belə bir qəbir daşı düzəltməklə ona mənəvi borcunu verə biləcək. Çünki, yaşadığı zaman ona olan hisslərini biruzə verməyib, daha doğrusu verə bilməyib.
İkinci səbəb isə ətraf və camaatın düşüncələridir. “Cəmiyyət nə deyər?”, “Qoy, camaat görsün ki, bu necə oğuldur, övladdır” və s. düşüncələridir. Ümumiyyətlə, biz, cəmiyyət olaraq ictimai rəynən yaşayırıq. Bunu ölümüzdə də, dirimizdə də əks etdiririk. Ona görə də belə hallar baş verir. Düşünürəm ki, qəbirlərin bu dərəcədə dəbdəbəli olması sadəcə göstərişdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə