Azərbaycanda bayram namazı qılınıb

Azərbaycanda Ramazan bayramı qeyd olunur. SİA xəbər verir ki, Təzəpir məscidində bu münasibətlə bayram namazı qılınıb.

Bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Karantin rejiminə görə namazda məhdud sayda insan iştirak edib.

Qeyd edək ki, Azərbaycanda bu gün Ramazan bayramıdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə