İtkin düşmüş hərbçilərimizin axtarışı zamanı iki hərbçimiz minaya düşüb

Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə