Strateji tərəfdaşlıq - MƏQALƏ

II Qarabağ müharibəsi zamanı Azərbaycanın yanında olan qardaş Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin hazırladığı silahların yeksək keyfiyyətini gördü. Azərbaycan ordusunun uğurla sınaqdan keşirdiyi bu müasir silahların gücünü təkcə Ermənistan və onu dəstəkləyən dpövlətlər deyil həm də bütün dünya gördü.

Müharibənin gedişi zamanı istifadə olunan silah və sursatların yerini doldurmaq üçün artıq Türkiyə ilə yeni kontraktlar imzalanmışdır. Qardaş ölkə ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi barədə razılaşma əldə edilmişdir. Alınacaq yeni silahlar ölkəmizin hərbi qüdrətini daha da artıracaqdır.

Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında olan əməkdaşlıq uzun tarixə malikdir. Belə ki, müstəqilliyin ilk illərindən başlayaraq Türkiyənin və Azərbaycan Silahlı Qüvvələri bir yerdə fəaliyyət göstəriblər. Bu iki ölkə bir-biri ilə qardaş və dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Hərbi əməkdaşlıq sahəsində əlaqələrimiz gündən-günə möhkəmlənir və güclənir. Artıq Türkiyədən yaxın gələcəkdə istehsal edəcəyi yeni silahların alınması istiqamətində danışıqlar aparılır.

Artıq bir neçə ildir ki Azərbaycan-Türkiyə ortaq hərbi təlimləri keçirilir və bu təlimlərin keçirilməsi növbəti illərdə də davam etdiriləcəkdir. Bu təlimlər müntəzəm olaraq keçirilir. 2019-cu ildə 10 dəfədən çox birgə hərbi təlimlər keçirilmişdir. Keçən il pandemiyaya görə az keçirildi. Bu il isə Qars şəhərində qış şəraitində döyüş taktikasının mənimsənilməsi ilə bağlı birgə təlim keçirildi. Yaxın zamanlarda növbəti hərbi təlimlərin keçirilməsi tarixləri və yerləri müəyyənləşdiriləcəkdir.

Hazırda qardaş Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq davam edir və bu əməkdaşlığın əbədi olacağı inancındayıq. 26 fevralda yerli və beynəlxalq jurnalistlərlə keçirilən mətbuat konfr5ansında Ali Baş komandan Azərbaycan Ordusunu Türkiyənin ordu modeli əsasında qurağaını bəyan etdi. Məlumdur ki, Türkiyə ordusu öz gücünə və müasir silahlarla silahlanma səviyyəsinə görə NATO-ya üzv olan ölkələrin orduları içərisində ikinci yeri tutur.

Həmçinin qanunvericilik sahəsində də Türkiyə ilə Azərbaycan arasında çox sıx əlaqələr mövsuddur. Belə ki, hər iki ölkənin qanunvericilik bazasının yaxınlaşdırılması sahəsində əməli işlər aparılır. Artıq bununla əlaqədar olaraq bir çox sənədlər və müqavilələr imzalanmışdır. Onların arasında qarşılıqlı hərbi yardım məsələləri bağlı razılaşmalar da vardır. 44 günlük müharibə müddətində Azərbaycana göstərdiyi dəstəyə görə türkiyə dövlətinə və xalqına minnətdarlığımızı bildiririk.

Azərbaycanın rusiya və ermənistanla imzakladığı 10 noyabr 2020-ci ilvə 11 yanvar 2021-ci il üçtərəfli bəyanatının şərtlərinə görə nəqliyyat dəhlizinin açılması ilə bərabər, qardaş Türkiyənin Ermənstanla olan dövlət sərhədlərinin açılması məsələsi də gündəmə gəlmişdir. Təbii ki, Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlı olması, ölkəmizi dəstələkləmək siyasəti ilə əlaqədar idi.

Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu işğal edildikdən sonra bağlamışdır. Türkiyə azərbaycanla həmrəy olduğunu bildirmiş və ermənistanla olan sərhəddini bağlamışdır. Bu bizim üçün böyük mənəvi və siyasi dəstək oldu. Artıq Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyinə görə bölgədə yeni vəziyyət yaranmışdır.

Məlumdur ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclüdür və bu gün də bu aqressivlik heç də səngiməyib. Türkiyəfobiya orada rəsmi dövlət ideologiyaya çevrilib. Haylar Türkiyəni və Azərbaycanı hər zaman özlərinə düşmən sayıblar və hələ də bu sərsəm ideya Ermənistan dövlət siyasətində özünü biruzə verir.

"Hay"lar o qədər ağıllarını itiriblər ki. Onların terklərə olan genetik nifrəti onları “siyasi kora” çevirib. Iş o yerə çatmışdır ki, müharibədən əvvəl Ermənistan Prezidenti Sevr müqaviləsinə yenidən baxılmağı tələb edirdi. Bu isə onların Türkiyəyə qarçı yeni ərazi iddiası demək idi. Hətta Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı maddə vardır. Onlar belə sərsəm iddialardan əl çəkməsələr vəziyyətləri dah da ağırlaşacaqdır. Müxtəlif ölkələrin parlamentində qəbul etdirdikləri qondarma “soyqırımı” iddiasına son verməlidirlər. Ermənilər ağıllarını başlarına yığmalıdırlar və başa düşməlidirlər ki, Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır.

Mətbuat konfransında cənab Prezident bəyan etdi ki, Ermənistan ilə sərhədlərin nə zaman açılması barədə yalnız türkiyə qərar verə bilər. Azərbaycan tərəfindən buna qarşı hər hansısa bir mənfi fikir olmayacaqdır. Bölgədə əmin-amanlıq və uzunmüddətli sülhün olması üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistanla Azərbaycan arasında olan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər nəqliyyat dəhlizindən söhbət gedirsə, Zəngəzur dəhlizinin gerçəkləşdi halda, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaqdır. Bu barədə yalnız Türkiyə dövləti qərar qəbul edə bilər. əgər qardaş dövlətin belə bir qərarı olacaqsa, Ermənistan ilə sərhədlərin açılması Azərbaycan üçün də xeyirli sayılacaqdır.

Tamerlan Əkbərov,

Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə