28 koronavirus xəstəsi saxlanıldı - Cinayət işi başlandı

Daxili işlər orqanları əməkdaşları respublika üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri ilə bağlı araşdırmaları davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb.

Saxlanılıan şəxslərdən 26-sı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrən 19 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...