İsmayıllıya yağan qar rayonun şimal ərazilərini ağ örpəyə bürüyüb - ŞƏKİL

Ötən gün səhər saatlarından başlayaraq yağan qar İsmayıllının şimal dağlıq ərazilərini ağ örpəyə bürüyüb, rayonun Basqal və Lahıc qəsəbələrində, Tağlabiyan, Kəlfərəc, Mücü, Sulut, Xankəndi, Yuxarı Cülyan, Müdrü, Müdrüsə, Mulux, Nanıc, Vaşa, Daxar, Prirəqanım və Əhən kəndlərində qarın hündürlüyü 5-10 santimetrə çatıb. SİA xəbər verir ki, yağan qar heç bir fəsad törətməyib. Sakinlər qarı böyük sevinclə qarşılayıblar. Onlar "bu qar ruzi-bərəkətdir" deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə