Bu, Fransa tərəfindən hörmətsizlikdir - DEPUTAT

"Bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təkif edilən və Fransa Senatının Rəyasətində “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsinin qəbul edilərək Plenara ötürülməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Bu sənədin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi məlum 4 qətnamənin heçə sayılmasıdır, nəzərə alsaq ki, bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs vermişdir, Senatın bu addımı öz-özünü inkar deməkdir. Bu sənəd Fransada fəaliyyət göstərən erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe nümayiş etdirməsi qəbuledilməzdir: "Fransa münaqişənin həllinındə Türkiyə və Rusiyanın təşəbbüsü ələ almalarından, ön plana çıxmasından və özünün kənarda qalmasından narazı və harahatdır. Fransa həmsədr ölkə kimi münaqişə tərəflərinə yanaşmada tərəfsizliyini və qərəsiz mövqe sərgiləmək əvəzinə birmənalı şəkildə Ermənistanın yanındadır. Bu qəbul edilməzdir. Azərbaycan dövləti və xalqı Fransa Senatının bu qətnaməni müzkirəyə çıxarmaqdan imtina edəcəyinə ümid edir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...