AFFA kəndlərdə idmanın inkişafına dəstək verir - FOTOLAR

15 avqust 2020-ci il tarixdə AFFA-nın və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Ramana qəsəbəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı ərazidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Sİ-nın verdiyi məlumata görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Bu layihə çərçivəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan 50 uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev iştirak edib. Bu layihə üzrə tədbirlərin məcburi köçkünlərin məskunlaşdığı digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...