Ailənin idarə edilməsi və ailə dəyərləri

Ailə siyasətinin həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu qeyd edən Komitə sədri Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdırıb. O, həmçinin bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb. Ailə siyasətinin həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu qeyd edən Komitə sədri Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdırıb. O, həmçinin bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb.

Ailənin idarə edilməsi aşağıdakı həyat şəraitlərinin: uşaqların təhsili və tərbiyəsinin; ailə rifahı; sağlamlıq; ailə ideologiyası və ailə etikasının; ailə həmrəyliyi, məhəbbət, dostluq və sədaqət hissinin; ailə ənənələri varisliyinin; qonşular, qohumlar, dostlar, iş yoldaşları və bütövlükdə cəmiyyətlə sabit harmonik münasibətlərin qurulması və saxlanmasının təmin edilməsini nəzərdə tutur. Ailə başçısı öz səlahiyyətinə uyğun olaraq, ailə həyatı fəlsəfəsinə dair başlıca qərarları qəbul edir, onun həyat tərzini, əsas həyat təsisləri və davranış qaydalarını müəyyən edir. Yüksək idarəetmə mədəniyyətinə iddialı ailə lideri, ailənin məqsəd və prioritetlərini, “daxili və xarici siyasətini” düzgün müəyyən etməyi bacarmalı, strateji və taktik vəzifələr qoymalı və həll etməli, ailə üzvlərinin ruhi və maddi tələbatlarının ödənilməsini təmin etməli, onların maraq və mədəniyyətlərini harmonizasiya etməli, ailənin hər bir üzvünün tələbatları və xarakterlərini, gözləmələri və imkanlarını, onun xoşbəxtlik anlamını düzgün müəyyən etməlidir.

Fuad Məmmədov göstərir ki,idarəetmə mədəniyyəti kontekstində ailə idarəçiliyinin məqsədləri, vəzifələri və metodlarını aşağıdakı kimi ifadə etmək olar. İdarəetmənin məqsədi – ailənin sosial-mədəni inkişafı, həyat fəaliyyətinin qorunması və permanent (fasiləsiz, daimi) yaxşılaşdırılması, rifah halı və həyat keyfiyyətinin müntəzəm yüksəlişidir. Vəzifələr – özünün həyatdakı təyinatını düzgün görməyə, məqsədlərə çatmağa, fiziki və mənəvi sağlamlığının, ailə üzvlərinin rifahı və xoşbəxtliyinin, onun sağlam inkişafının təmin edilməsinə, ailənin mədəni dəyərlərinin saxlanılmasına və qorunmasına yardım etməsidir. Ailə idarəçiliyinin ən başlıca vəzifələrindən biri daxili harmoniyaya nail olunmasıdır.

Ailənin hər bir üzvü özünü idarə etmək, digər ailə üzvləri ilə münasibətlərini məhəbbət və sədaqət, eyni bir mədəni ailə dəyərlərinə bağlılıq əsasında harmonozasiya etmək bacarığına malik olmalıdır. Ailə başçısı öz ağılı ilə əməllərini idarə etməlidir ki, onu əhatə edən ailə üzvlərini məyus etməsin. O, ailə üzvlərinin düzgün həyat motivasiyasına imkan yaratmalı, uşaqlarının istedadı və qabiliyyətlərini vaxtında aşkar etməli və həyatda onlara düzgün istiqamət verməli, onların düzgün peşə seçiminə kömək etməli, ailənin hər bir üzvünün şəxsiyyət kimi formalaşmasına səy göstərməli, övladlarını cəmiyyətin yaradıcı üzvləri kimi tərbiyə etməlidir. İdarəetmə metodları - təhsil və tərbiyə, öz şəxsi həyat nümunəsi, yüksək mədəniyyəti, nüfuzu, bilikləri, təcrübəsi, müdrikliyi, məsləhətləri, mənəvi keyfiyyətləri, yaradıcı fəaliyyəti ilə ailə üzvlərinə pozitiv təsir göstərmək; tələbkarlıq; ailə üzvlərinin həyat mənafelərinin, sabitliyi və təhlükəsizliyinin təmin edilməsi haqqında qayğı; ailənin gələcək inkişafının planlaşdırılması və qurulmasıdır.

Kulturoloji “ədalətlilik monitorinqindən” istifadə edərək, ailə zamanın çağırışlarından asılı olaraq bəzən öz həyat fəaliyyətində korrektələr etməlidir.

Öz mənəvi prinsiplərinə sadiq qalaraq, müasir elmin nailiyyətləri və özünün qabiliyyətləri və imkanlarını nəzərə alaraq o, inkişaf texnologiyalarını pozitiv dəyişməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa çalışmalıdır.

Bu zaman ailə şüurunu permanent təkmilləşdirmək, öz düşüncələrində, söz lərində və əməllərində nəcib olmağa çalışmaq, başqalarının ləyaqətinə hörmət etmək, məhəbbətə, kamilliyə və harmoniyaya can atmaq, öz mənəvi və siyasi məsuliyyət mədəniyyətini inkişaf etdirmək, valideynlər, övladlar, cəmiyyət, vətən və bəşəriyyət qarşısındakı borcunu yerinə yetirmək lazımdır.

Məlum olduğu kimi, ailədə insanın davranış mədəniyyəti onun intellektual və etik mədəniyyəti, onun gerçəkliyə olan bütün münasibətlər sistemi ilə, hər şeydən əvvəl, onun ətrafdakı insanlara münasibəti ilə müəyyən edilir.

Ailə - insan qəlbinin qorunduğu ocaqdır. Buna görə də məhz ailədə qarşılıqlı anlaşma, ailənin hər bir üzvünü narahat edən problemlərin müzakirəsi və həlli çox vacibdir. Onda bizi başa düşən başqa insanların, dostların, qohumların axtarışına ehtiyac qalmayacaq, deməli, uzaqlaşma üçün şərait yaranmayacaq.

Ailədə davranış şəxsiyyətin daxili mədəniyyətini, onun xarakteri, temperamenti, tələbatları, istəklərini, dünyagörüşünü, etik prinsipləri, emosiyaları və hisslərini, əhval-ruhiyyəsini əks etdirir. Belə münasibətin meyarı məhəbbət, insanlıq, humanizmdir. Mədəni insan özünün pis əhval-ruhiyyəsini nümayiş etdirməməli və öz qayğıları və həyəcanları ilə ailə üzvlərinə əziyyət verməməli yaxud onları özünün gur emosiyaları ilə yormamalıdır. O yalnız öz hərəkətlərinə deyil, həm də ailə üzvlərinə və insanın özünə təsir edən sözlərinə fikir verməlidir. Xeyirxah söz və xeyirxah əməl, səmimiyyət, valideynlərini, qardaşları və bacılarını və ailənin digər üzvlərini dinləmək bacarığı - əlverişli ailə münasibətlərini formalaşdırmağın ən yaxşı üsuludur. Bu zaman etik normaları və ailədə davranış qaydalarını bilmək azdır, real həyatda onların təsadüfi xarakter daşımaması, amma ailənin bütün üzvlərinin həyatına kömək edən şəxsiyyət keyfiyyətinə çevrilməsi üçün onlara daim əməl etməyi bacarmaq lazımdır.

Ailə üzvlərində nöqsanları deyil, yaxşı cəhətləri axtarmaq və onların inkişafını stimullaşdırmaq lazımdır. Doğma insanı başa düşmək və onun haqqında düzgün mühakimə üçün onun hərəkətlərinin yaxud münasibətinin səbəbini axtarmaq, öz davranışında əsaslandığı motivlərə nüfuz etmək lazımdır. Bu zaman kənardan özünə də baxmaq, öz xarakterini, vicdanını, dəyərlər sistemini, öz düşüncələrini, niyyətlərini və əməllərini obyektiv qiymətləndirmək çox vacibdir. Bütövlükdə cəmiyyətdə olduğu kimi, insanın ailədəki hərəkətləri həmişə yaxşı düşünülməli, nəzakətliliyi, həssaslığı və müdrikliyi ilə fərqlənməlidir, çünki onlar öz arxasınca müəyyən nəticələri çəkib gətirir. Buna görə də çalışmaq lazım dır ki, onlar həm ailə üzvləri üçün, həm də insanın özü üçün yaxşı nəticələrə malik olsunlar, yaxşı əhval-ruhiyyə, sevinc və ilham mənbəyi olsunlar. Vicdan, məhəbbət, humanizm, xeyirxahlıq, borc, ədalət, şərəf, heysiyyət kimi mənəvi kateqoriyalar aprior xarakter daşıyır, zamanla və ya şəraitdən asılı olaraq dəyişmirlər.

Onlar insanın daxili əqidəsinə və keyfiyyətinə çevrilərək, böhran şəraitində və ya mürəkkəb situasiyalarda aydın şəkildə üzə çıxaraq ailənin ruhi mədəniyyətinin güclü mənəvi amili olurlar.

Beləliklə, ailənin möhkəmliyi və rifahı onun etik mədəniyyətindən, onun üzvlərinin davranış kodeksinin əsaslandığı mənəvi prinsiplər və ənənələrdən asılıdır. Yüksək mənəvi prinsiplər əsasında yaşayan Azərbaycan ailəsi mədəniyyətinin tipik göstəriciləri - böyüyə hörmət, uşaqlara məhəbbət, həmrəylik, qarşılıqlı yardım, sədaqət, səbr, məhəbbət, dostluq, qonaqpərvərlikdir.

Qeyd edək ki, Avropa Şurasının gender bərabərliyi layihəsinə uyğun olaraq Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına "Ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin və gender bərabərliyinin təşviqi və müdafiəsi” adlı yeni 4-cü prinsip daxil edilib. Yeni prinsipdə deyilir ki, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imicini təşviq etməli, gender əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı pisləməli və onun neqativ nəticələrinə dair cəmiyyətdə məlumatlığı artırmalıdır. Həmçinin jurnalist mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar, imkanlar təmin olunmalıdır.

Birinci vitse-prezident Mehriban xanim Əliyeva demişdir:” Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir.

Ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir. Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim – müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır.

O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən.

İnanıram ki, xoşbəxt şəxsi ailə həyatı, sevgi və qarşılıqlı hörmət ab-havası da burada əvəzolunmaz rol oynayır.

Mən öz övladlarımla fəxr edirəm. İlk növbədə ona görə ki, onlar nəcib və ləyaqətli insan kimi böyüyüblər. Onların hərəkətlərinə görə heç vaxt utanc və məyusluq hissi keçirməmişəm. Çünki Leyla, Arzu və Heydər öz işinə, təhsilinə ciddi və məsuliyyətlə yanaşır, ailə ənənələrini yüksək tutur, hörmət bəsləyir, onların dəqiq mənəvi amalları var. Xoşbəxtəm ki, övladlarım xeyirxah və başqalarının dərd-sərinə biganə qalmayan insanlardır. Mən onlara inanıram, çünki dürüstlük və ləyaqətlə yanaşı, bu həyatda ən yaxşı bələdçi – insanlıq və şəfqətdir.

Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir.

Qoy, Uca Allah hər birinizi və bizim gözəl Vətənimizi qorusun!

Sevgi və səmimiyyətlə, sizin Mehriban Əliyeva.”

Vahid Ömərov f.ü.f.d. dos.

Bütün xəbərlər Facebook səhifəmizdə