Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi QHT Şurasının dəstəyi ilə yeni sosial layihəyə start verib

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezzidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni sosial layihəyə start verib.

Layihənin əsas ideyası koronavirus pandemiyası dönəmində aztəminatlı ailələrə yardım etmək, onlara gündəlik tələbatı olan məhsulları çatdırmaqdır.

Bu ümumbəşəri bəladan xilas olmağın yolu evdə qalmaqdır, qorunmaqdır. Təbii ki, belə bir vəziyyətdə karantin rejiminin mənfi təsirlərindən irəli gələrək bir çox ailələr ənənəvi iş yerlərini itiriblər və bu gün onların köməyə ehtiyacı var. Xüsusilə də, çoxuşaqlı, aztəminatlı ailələrin gündəlik ərzaq məhsulları ilə təmin olunması aktuallıq kəsb edir. Bu mənada layihə çərçivəsində aztəminatlı ailələrin ərzaq təminatı həyata keçiriləcək. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün isə aztəminatlı ailələr qrupunu müəyyənləşdiriləcək, onların ehtiyac duyduqları ərzaq məhsulları kompleksləşdiriləcək və qısa zaman çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımlarını çatdırılacaq.

Layihə çərçivəsində Bakı şəhəri, Nizami rayonu ərazisindəki 200 minlik əhali arasından 130 ən kasıb, çoxuşaqlı, əlil aztəminatlı ailələr üçün ərzaq yardımlarının çatdırılması nəzərdə tutulur. Çünki, indiki pandemiya zamanında sözügedən kateqoriyadan olan aztəminatlı ailələrin daha çox dəstəyə və maariflənməyə ehtiyac duyur.

Layihənin sentyabr ayının 1-dək reallaşdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə