Cinayətkarlar mütləq cavab verməli olacaqlar

Prezident İlham Əliyev: "Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir”

Deyir zaman hər şeyi üzə çıxarır və hər kəs də gec-tez layiq olduğu cəzanı alır. 27 il "müxalifətdəyəm" deyənlərin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman, özü də dünyanı ağuşuna alan koronavirusun baş aldığı bir dövrdə elə üzə çıxardı ki, virus qaldı bir yana, AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Əli Kərimli başda olmaqla müxalifətin, xüsusilə də müsavatçılara qarşı söyüş və təhqirlərə yol vermələri ilə bir daha cəbhəçilərin nifrətini göstərdi və bu da boğazdan yuxarı “milli demokratların” siyasi məhvi olacaqının labudi idi”.

Və bu gün təcavüzkar Ermənistanın törətdiyi təxribatlarına həmişə dəstək verən radikal müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli indi iş çətinə düşən kimi, "dövlətin yanındayıq" deməklə iblis xislətindən əl çəkmədiyini nümayiş etdirmədimi? Ə.Kərimli belə şeytan oyunlarını çox edib. Belə ki, hakimiyyətdə olduqları bir il müddətində Surət Hüseynovun dar ağacından xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevdən kömək istədilər, bunula xilas oldular, sonra aprel döyüşləri zamanı və bu gün növbəti oyun. Bu oyun minlərlə xalqın nümayəndəsi Bakı küçələrinə çıxaraq öz ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edən yürüş etdi. Nümayiş sakit, polisin heç bir müdaxilə etmədiyi şəraitdə keçdi. Xalq axını Şəhidlər Xiyabanından Milli Məclisin önündəki meydana yönəldi və orada birləşdi. İlk görüntülər möhtəşəm idi, qürurverici idi. Hər yerdən ordumuza dəstək səsləri gəlirdi. ''Ali Baş Komandan, silah ver bizə'', ''İrəli, irəli, Azərbaycan əsgəri'', ''Şəhidlər ölməz, vətən bölünməz'' şüarları insanlarımızın münasibətini və mitinqin gerçək mahiyyətini ifadə edirdi, xalqın Prezident və Ali Baş Komandan İlham Əliyevə inam və dəstəyi ortaya qoyurdu. Amma sonra yenə... xalqın birlik aksiyasınıı ləkələməyi bacardılar. Milli Məclisin binasına hücum etdilər, Milli Məclisin foyesində ''Allahu-Əkbər'' şüarları qışqıran gənclər peyda oldular. Allah böyükdür və şəriki yoxdur! Hamımızın təvəkkülü də onadır! Lakin niyə Milli Məclisin işğalı məhz bu şüarla həyata keçirildi? Niyə xarici ölkələrə bağlı internet yayın qurumları məhz seçib onları çəkir, dövlətin, ölkə rəhbərliyinin əleyhinə danışan 4-5 qərəzli şəxsi dəfələrlə və ard-arda efirə alırdı? Bu suallara cavab tapılacaq.

"Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik"

“Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. övlət başçısı bildirib ki, dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır: “Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır.

Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.

Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

“Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar”

“Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin”. Sözügedən iclasda dövlət başçısı bildirib ki, Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı: “O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”.

Prezident İlham Əliyev bildirib ki, ona verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar: “Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik.

Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır.

Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.

Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sözügedən proseslərə münasibət bildirərək vurğulayıb ki, müxalifət partiyalarını “tryapka” adlandıraraq təhqir edən istər AXCP sədri Kərimli Əli, istərsə də elə həmişə trayapka olan “Milli Şura” sədri yox, “Yurd” şefinin sədrinin "traypka"sı olan Cəmil Həsənlinin danışdıqları elə onun tryapka olmasıdır, “ağılının” göstəricisidir: “Hələ çox həqiqətlər üzə çıxacaq. İstər Cəmil Həsənli, istər Qənimət Zazid, istərsə də digərləri həmişə qrantlara görə idarə olunublar. Çünki bu mənəviyyatsızlar nə cəmiyyətdə, nə də siyasi meydanda yox kimidirlər. İllər böyu mənasız hücumları olub və artıq hakimiyyətə gəlmək eyforiyasının sıfıra endiyi bir vaxtda bir-birinə hücuma keçmələri və «əqidələrini» nümayiş etdirmələri qeyr-möcüzə doğuran hadisə deyildi. Bir trayapka olan və “Milli Şura” deyilən satqınlar qurumunda olanlar, ancaq bolşevizim təfəkküründə olmalıdırlar. Və təhqir, söyüşlərlə «varlıqlarını» nümayiş etdirməlidirlər. Necə deyərlər, bu əxlaqsızlar “qaş düzəltdikləri yerdə, vurub o kor gözlərini də çıxardılar». Nəticədə onların yanlış siyasəti müxalifətdəkilərin də hissiyatına toxunur”.

H.Hacıyev onu da bildirib ki, radikal düşərgə təmsilçilərinin fəaliyyətləri 27 ildir ki, məhz bundan ibarətdir: “Onlar yalnız hakimiyyəti deyil, xalqı da şərləyirlər və həqiqətən də xalqa pislik arzulayandırlar. Bu insanlara nəinki hakimyyəti, ümumiyyətlə heç nəyi etibar etmək olmaz. Düşünürəm ki, əgər Q.Zahid və digərləri artıq nə danışdıqlarının fərqinə varmırlarsa, demək ki, onlar daha betər virusa yoluxublar. Hətta deyərdim ki, koronavirus ən böyük zərbəni məhz onlara vurdu».

H.Hacıyevin fikrincə, Azərbaycanda olan sağlam müxalif qüvvələr də bu məsələyə münasibət bildirməlidirlər: "Bunlar niyə susublar, çox maraqlıdır. Özünüz də gördünüz ki, Eldəniz Quliyev də bu adamlardan ayrıldı. Həmişə haqqı deyib, bunların kimliyini açıb ortaya qoymuşam. Bizim bəzi insanlar bunlara aldandılar, elə bildilər Amerikaya satılmış adamı gətirib prezident edəcəklər və Gültəkin Hacıbəyli kimi mənəviyyatzız, rəzil, satqın Azərbaycanın Xarici İşlər Naziri olacaq. Bunlar gördülər ki, yanılıblar, xalqımız ağıllıdır, hər şeyi gözəl başa düşür. Ona görə də bu cür insanlara qarşı çox sərt şəkildə mövqeyimizi bildirməliyik. Düşünürəm ki, belə bir insanın bundan sonra Azərbaycana gəlməsinə imkan verilməməlidir. Hər halda mən yaxın günlərdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək onların fəaliyyətlərinin yoxlanılmasını xahiş edəcəm. Eldəniz müəllim də çox sağ olsun ki, indi hər şeyi başa düşdü. Deyir ki, “kor atın da elə kor nalbəndi olacaq”. Kərimli Əli, Həsənli Cəmil, Qənimət Zahid kimi satqınların komandası da özünə oxşayacaq”.

H.Hacıyev onu da vurğulayıb ki, keçirilən o mitinq yürüşü millətimizin orduya, dövlətə olan dəstəyinin təsdiqi idi: «Buna görə mən xalqımın qarşısında baş əyirəm. Ona görə ki, bu millət ac da qalsa da, məmurlar onları incitsə də, haqlarını yesələr də, öz dövlətinə sahib çıxmağı hər an nünayiş etdirib. Mən belə təxribatların hazırlandığını və kimlərin buna başçılıq etdirini əvvəlcədən demişdim. Zaman-zaman adını çəkdiyim keçmiş məmurların, nazirlərin ölkədə təxribat törədəcəkləri ilə bağlı fikirlərimi bildirmişdim. Təbii ki, Milli Məclisin boş olduğu bir vaxtda, “Qarabağ” uğrunda şüarların kölgəsində kimlərinsə xaincəsinə Milli Məclisə daxil olması yersiz idi. Biz bunu daxili qüvvələrin təxribatı hesab edirik. Görünən odur ki, millətin ordunun yanında olmasını belə çoşqu ilə nümayiş etdirməsi, Ali Baş Komandana sərgilənən inam həmin xain qüvvələrin ürəyincə deyildi. Xalqın içinə salınan təxribatçı dəstələrin Milli Məclisə yersiz hücumu utancverici haldır”.

MMP sədri bir daha aidiyyatı orqanları ayıq-sayıq olmağa çağırdı: “Onlar heç olmasa bizim dediklərimizi araşdırsınlar, eyş-işrətlərdən başaları açılsın və görsünlər ki, Hafiz Hacıyev nə danışır, nə deyir. Amma bunlar edilmir. Dünən təyin olunan deputatlardan biri də xalqın qarşısına çıxmadı”.

Partiya sədri bildirib ki, birmənalı olaraq bu təxribat hakimiyyətdən qovulan keçmiş məmurların daxildə sabitliyi pozmağa çalışan qruplarıdır: “Tam əminliklə deyirəm ki, axşam təxribatı törədənlər vəzifədən uzaqlaşdırılmış nazir və məmurların diqtəsi ilə hərəkıt edib. Bunlar diqqəti özlərindən yayındırmaq istəyirlər. Bunlar Prezidentin Dağlıq Qarabağda aparacağı uğurlu əməliyyatlardan çox narahatdırlar. İtkilər versək də ordumuz çox qətiyyətlə hücuma keçib, ermənilərin yüzə qədər erməni itlərini öldürüblər. Bunu onların burdakı qohumları qəbul etmirlər. Dəfələrlə qeyd etdiyim kimi “5-ci kolon”un burdakı nümayənmdələri, onların əlaltıları və Milli Məclisə hücum edənlər ortaya çıxarılmalıdır. İstərdim ki, onlar barədə xalqa məlumat versinlər. Xalq görsün ki, Hafiz Hacıyevin apardığı mübarizə, dediyi faktlar öz yerini aldı. Dağlıq Qarabağın işğaldan azad edilməsi ərəfəsində “5-ci kolon” daxildə diqqəti vətəndaş müharibəsinə yönəltmək istəyir. Hüquq-mühafizə orqanlarını qətiyyətli olmağa səsləyirəm”.

İqtidarın uğuru, radikalların iç üzü…

Göründüyü kimi, hələ çox faktlar üzə çıxacaq. Doğrudur, xalqımız 2003-cü ildən büu günə kimi “müxalifət” deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlavrını bilirdi. Bu gün son 17 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünayını ağuşuna alan koronavirusa qarşı mübarizədə ancaq vətəndaşların sağlamlığının prioritet olduğunu deyərək dövlət başçımız «Biz birlikdə güclüyük» şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görürü və öz liderinə inanır. Və Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları müxalifəti təşvişə salıb. Radikal fikirli , “görkəmli hüquqşünas” , “millət fədaisi” Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən, mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və Sevinc Osmanqızı və digərləri bu çıxışa siyasi don geyindirməyə, heç kimin başa düşmədiyi siyasətdən danışmağa başlayıblar. Azərbaycanın hər bir uğuru, möhtərəm Prezidentimiz İlham Əliyevin hər qələbəsi müxalifət “qəhrəmanlarının” kürkünə birə salıb.

Qeyd etdiyimiz kimi, həmin antimilli ünsürlər Azərbaycanda pandemiyanın təsirlərinin minimuma endirilməsi yönündə atılan addımları görməzdən gəlir, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa cəhdlər edirlər. Məsələn, tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində reallaşdırılan tədbirləri fərqli formada ictimai rəyə təqdim etməyə çalışan Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Qənimət Zahid kimi dağıdıcılar vətəndaşları qanunlara qarşı çıxmağa çağırır, yalan məlumatlarla – dezinformasiyaya əsaslanan çağırışlarla təşviş yaratmağa çalışırlar. İctimai fikri manipulyasiyaya məruz qoymağa çalışan dağıdıcılar qanunun tələblərinin pozulmasına haqq qazandırmağa çalışmaqla öz anarxist və antimilli simalarını bir daha ortaya qoyurlar. Əslində özləri də yaxşı bilirlər ki, xalqımız ölkə daxilindəki bu antimilli ünsürlərin əsl niyyətlərini görür və onların yalanlarına qətiyyən inanmırlar.

Və sonda bir faktı bir daha vurğulamaq istərdim: “Azərbaycan saatı” kanalın "HÜSEYN AŞİQİ" adlı moderatoru Q.Zahidin canlı yayımlarını bəyənib paylaşmayanları "şərəfsiz” adlandırır. Hətta hərdən daha irəli gedərək xalqı da təhqir edir. Belələrindən bundan savayı bir şey də gözləmək mümükünsüzdür. Çünk bolşevizm təfəkkürlü bu satqınlar özləri də deyir ki, yalnız təhqirlə danışmaq, məhz savadsız, əxlaqdan və tərbiyədən kənar olanları tapıb partiyaya cəlb etmək lazımdır. Belə olan halda, Qənimət Zahid kimi əxlaqsızın hakimiyyəti şərləməyi "qəhrəmanlıq" sayırsa belələrini bu virusun qurbanına çevrilməsi labüddür. Və bu gün Qənimət Zahidin “Bizim işimiz hökuməti şərləməkdir” etirafını etməsi ilə bir daha reallıqda birbaşa düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə