"Dövlət başçısı koronavirusla mübarizədə dünyaya örnək olan mövqe nümayiş etdirir” Şəhla Abdullayeva

"Azərbaycanda koronavirusla ciddi mübarizə aparılır və bu ilk gündən belədir. Çünki Azərbaycanın Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva bu məsələnin ciddi olduğunu ilk gündən elan ediblər və mübarizə də ciddi şəkildə təşkil olunub". Bu sözləri SİA-ya açıqlamasında YAP Ucar rayon təşilatının sədri Şəhla Abdullayeva deyib.

Ş.Adullayeva qeyd edib ki, bəzi ölkələrdə heç Operativ Qərargah belə yoxdur, amma Azərbaycanda Operativ Qərargah olan xüsusi bir qurum da formalaşdırılıb ki, bu məsələlərlə birbaşa məşğul olsun və bütün müvafiq nazirliklər bu qərargahda birləşiblər. Hansı ki, bu çox önəmlidir. Xəstələrin sayının arta biləcəyi ehtimal edilərək, müxtəlif modul tipli xəstəxanaların tikintisi sürətləndirilib: "Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman bütün çıxışlarında bildirib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır, "Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”".

Rayon təşkilatının sədri onu da vurğulayıb ki, həmişə olduğu kimi, bu ağır və çətin zamanda da təkmil islahatları ilə beynəlxalq aləmin diqqət mərkəzindədir: "Sözsüz ki, bu da dünya birliyində dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir. Belə ki, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu. Dünyada koronavirus pandemiyasının dünyada tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Belə ki, ölkəmiz, koronovirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi".

Ş.Abdullayeva belə çətin dönəmdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir: "Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə