Maskalardan istifadə edilmədiyi halda cərimələr tətbiq olunacaq

"Tibbi maskaların istifadəsi açıq məkanlarda tövsiyyə olunur, lakin qapalı məkanlarda maskaların istifadəsi mütləq və məcburidir". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, buna riayət edilmədiyi halda cərimələrə müraciət oluna bilər: "Bu məsələ hazırda gündəmdədir və müzakirə olunur. Lakin bu məsələni hələlik ictimai qınaqla tənzimləməyə çalışacağıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə