Koronavirusdan qorunmaq üçün riskli səthlərə sol əllə toxunun!

Bildiyimiz kimi koronavirus ona əllə toxunduğumuz zaman əllərimizi üzümüzə təmas etdikdə dərhal orqanizmə keçə bilir. Məhz bu səbəbdən də mütəxəssislər normal olaraq sağ əllə ediləcək işlərin daha çox sol əllə edilməsini tövsiyə edirlər. Misal üçün otağın qapısını sağ əllə deyil, sol əllə açmaq məsələhət görülür. Çünki sol əlin üzlə təması az olduğu üçün virusa yoluxma riski nisbətən azalır.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin polisi tərəfindən də sosial şəbəkələrdə əhaliyə xəbərdarlıq edilib. Dubay polisi tərəfindən edilən paylaşımda insanların qapı düymələrini və pul kimi riskli səthlərə dominant olmayan əllə toxunmaq məsələhət görülüb. Bu cür səthlərə yanaşarkən sağ əlindən daha çox istifadə edənlərə sol əldən, solaxaylara isə sağ əldən istifadənin vacibliyi bildirilib. Polis idarəsi bunu dominant olmayan əllərlə üzə toxunma ehtimalının daha az olması ilə əlaqələndirib.

Belə ki, riskli səthlərə dominant olmayan əllərlə toxunarkən həmin əllərdən üzə toxunma ehtimalı az olduğundan virusa yoluxma riski də azalır. Ümumilikdə isə insanların izolyasiya tədbirlərinə məl etmək, vacib olmadığı təqdirdə evdən çölə çıxmamaq tövsiyə olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə