Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnundur FOTO

Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını mart ayının 26-da da davam etdiriblər. Onlar tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. SİA xəbər verir ki, həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

Vətəndaşlar da öz növbələrində Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, onları heç zaman yaddan çıxarmayan dövlətə, YAP-a fəaliyyətində uğurlar arzu ediblər.

Qeyd edək ki, "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...