Zəlzələ zonasından təxliyə edilən tələbələr Naxçıvandan Bakıya yollanıblar

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr təyyarə ilə Bakıya yola salınıb. SİA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb. Təhsil Nazirliyindən verilən məlumata görə isə tələbələr yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər. Təhsil Nazirliyinin rəsmiləri, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələri Bakı Hava Limanındadırlar. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...