"Ağacəkmə aksiyası ekologiyanın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir"

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi çox mühüm hadisədir və alqışalayiqdir. Bu gün nəinki paytaxtda, Azərbaycanın bütün regionlarında insanlar bir yerə toplaşaraq ağac əkirlər. Bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dekabrın 6-da Müşfiqabad qəsəbəsində təşkil edilən ağacəkmə aksiyasında söyləyib.

“Ağacəkmə aksiyası Azərbaycanın təbiətinin, ekologiyasının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsü ölkəmizin təbiətinin qorunmasına böyük töhfədir. Xalqımız bu aksiyada fəal iştirak edir və ekoloji tarazlığın qorunmasına öz dəstəyini göstərir.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən aksiyada iştirak etməkdən qürur duyuram. Biz hərəyə bir ağac əkməklə vətəndaş olaraq ölkəmizin təbiətinə töhfə vermiş oluruq. Bu təşəbbüsə görə Birinci-vitse prezident Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk. Düşünürəm ki, təbiətimizin qorunması üçün bu cür tədbirlər ənənəvi xarakter almalı və davamlı həyata keçirilməlidir”, – deyə V.Rəhimzadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...