Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər. SİA-nın verdiyi məlumata görə, növbəti belə qəbul dekabrın 6-da Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən Neftçala Mərkəzi Rayon Xəstəxanasında keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev rayon sakinlərinin sağlamlıq problemlərini, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...