"Son bir ildə təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələr verib"

Son bir ildə təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələr verib. SİA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) mənzil-qərargahında keçirilən ənənəvi mətbuat konfransında söyləyib. Nazir, həmçinin cari ildə görülən işlər haqqında məlumat verib.

Xatırladaq ki, ənənəvi mətbuat konfransı layihəsinin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə