Ətrafdakı insanların mənfi enerjisindən müdafiə olunmaq böyük bacarıqdır. İradəli insanlar bu işin öhdəsindən daha asan gələ bilir. Xarakter baxımdan zəif insanlar bir çox hallarda enerji vampirlərinin qurbanına çevrilir və bu vəziyyətdən çıxış yolu tapana qədər çox böyük enerji itirir. Publika.az bu dəfə oxucuları başqalarının neqativ enerjisindən qoruyan üsullarla tanış edib.
Empat olmaq başqalarının ağrı və əzablarını udmaq deməkdir və bu, sizə mənfi təsir edə bilər. Əgər otaqda mənfi aurası olan bir insanla ünsiyyət qurmağa məcbur olmusunuzsa, siz onun nə qədər zəhərli enerjisi ola biləcəyini müəyyən edirsiniz. Bioenergetiklər hesab edir ki, ətrafdakı insanların mənfi enerjisini udmamaq böyük mənəvi bacarıqdır.
Özünü yadların mənfi enerjisindən qorumağın 5 üsulu ilə tanış olmağa dəyər:
1. Yadda saxlayın ki, hər kəs üçün faydalı ola bilmərsiniz.
Əgər kimsə sizə şikayətlənirsə, bu adamın xoşuna gəlməyə çalışmayın. Bu, enerjinizi sovuracaq və enerji cəhətdən sizi onun fikirlərindən asılı olmağa məcbur edəcək. Sizi hamı sevə bilməz. İnsanlar yer üzündə müxtəlif məqsədlər üçün yaşayırlar. İlk növbədə özünüzü sevin, bununla sizi başqalarının fikirlərinin təsirindən qoruyan özünümüdafiə divarı yaradacaqsınız. Onu da yadda saxlayın ki, hamını dəyişdirə bilmərsiniz. Bunu həyat missiyası etməyin. Bəzən insanın özünə etdiyi ən böyük yaxşılıq sadəcə başqasının ötürdüyü enerjini udmamaqdır.
2. Həyatınıza buraxdığınız insanları ehtiyatla seçin.
Bədən, ağıl və ətrafınız sizin məbədinizdir. Oraya kimi dəvət edirsiniz? Bu, açıq bir dəvətdir? İnsanlar içəri girməzdən əvvəl çirkli ayaqlarını qəlbinizə silməlidir? Siz buna icazə verirsinizmi və bu, normaldır?
Əgər bir gün kiməsə bir dilim çörək versəniz, o, ertəsi gün sizdən bütöv bir çörək istəyəcək. Bəzi tanışların başqalarına qarşı soyuq və qapalı olduğunu fikirləşə bilərsiniz. Amma onlara hiddətlənməyə dəyməz. Çünki belə adamlar özünə və evinə hörmət edir, odur ki, belə adamların münasibətini sadəcə qəbul etmək lazımdır.
Əliaçıq olmaq əladır, amma çox incə bir hədd var, hansı ki, o həddin tapdalamasına icazə vermək olmaz. Odur ki, "yox" deməyi və bunu adi hal kimi qəbul etməyi öyrənin.
3. Pis adamları vecinizə almayın!
Parazit yaşaması üçün onu qəbul edən sahibinə ehtiyac duyur. Başqa birinə diqqət yetirməklə biz ona enerji ötürürük. Bu zaman sizinlə onun arasında enerji mübadiləsi baş verir. Enerji vampirləri enerji tədarükünü azaltmağa çalışmaqla düşüncələrinizi oğurlamağa çalışacaq. Bəzi insanlar mənfi enerjini sizə tərəf yönləndirməyə çalışacaq, daha sonra növbəti qurbanına doğru addımlayacaq.
Dost nəsihəti münasibətlər üçün lazımdır, amma yenə də elə bir hədd var ki, onu keçməyə heç kimin haqqı yoxdur. Ola bilər ki, hər hansı şəxs istər işlə bağlı, istərsə də ailə həyatında olan problemlərini və ya nailiyyətləri sizinlə bölüşsün. Amma bütün bu duyğular selinə məruz qalmaq həyatınızı yaxşı olmayan istiqamətdə dəyişə bilər. Odur ki, özünüzü sevin və onların şikayətlərini hər zaman dinləməyin. “Səni dinləməyə indi hazır deyiləm” sözünü deməkdən utanmayın. Bu yolla onların sizə ötürməyə çalışdığı neqativ enerjini geri göndərirsiniz.
4. Təbiət qoynunda gəzin.
Təbiəti seyrə çıxın, gəzin, meditasiya ilə məşğul olun və torpağı hiss edin. Təmiz havanı ciyərlərinizə çəkib dənizdən zövq almağa çalışın, fiziki işlə məşğul olun və ya dərindən nəfəs alın. Kəpənək kimi yüngül və sürətlə hərəkət edin.
Düzgün və dərin nəfəs texnikası qan dövranını sürətləndirir və sizi əhatə edən insanların enerjinizi udmasının qarşısını almağa kömək edir. Başınızı dik qaldırıb özünə inamla gəzin və heç kəsə əhval-ruhiyyənizi korlamağa icazə verməyin. Tırtıl öz ətrafında hər şeyi yeyir, kökəlir və nəticədə hərəkətsiz olur. Uça bilmək üçün o, yüngül olmalıdır.
5. Düşüncə və emosiyaların 100 % məsuliyyətini öz üzərinizə götürün.
Əhval-ruhiyyəniz 100 % özünüzdən asılıdır. Kainat insanları həyatımıza bizi sınamaq üçün göndərir. Yadda saxlayın ki, insanın özünü qəbul etməsi və anlaması başqalarını qəbul etməkdən daha güclüdür.
Qurban deyilsiniz və heç kimin ixtiyarı yoxdur ki, sizin üzərinizdə ağalıq etsin. İmkan verməyin ki, başqaları üzərinizdə hökmranlıq etsin. Düşüncə və emosiyaların sizi narahat edən situasiyalarda özünü necə göstərdiyini təsəvvür edin. Hər şey səbir səviyyəsindən, əsəb və ya rəhmdən asılıdırsa? Reaksiyalarınızın bütün məsuliyyətini öz üzərinizə götürən kimi özünüzlə daha dərin səviyyədə birləşəcəksiniz.
Odur ki, həyatın istənilən şəraitində özünüz üçün enerji səviyyəsini yüksəldən situasiyalar yaradın. Hər hansı insanla birlikdə özünüzü daha yaxşı hiss edirsiniz? O adam da özünü sizin yanınızda daha rahat hiss edir? Siz parlaq təcrübəyə maliksiniz, odur ki, bunu dərk etmək vaxtıdır.
Özünü ətrafın neqativ enerjisindən qorumaq elmi özünə sevgidən başlayır. Yadda saxlayın ki, siz yalnız sevgi, sülh və xoşbəxtliyə layiqsiniz. İmkan verməyin ki, qəzəb və kin qəlbinizə və ruhunuza ləkə salsın. Unutmayın ki, kiməsə "yox" demək, təbii haldır və energetik vəziyyətinizin müəllifi sizdən başqa heç kim ola bilməz.
Bəs sizin ətarfınızda enerji vampirləri var? Cavabı tapmaq çətin deyil. Enerji vampirləri ilə hər gün hər yerdə rastlaşa bilərik. Əsas odur ki, özünüzü sevin və yuxarıdakı qaydalara əməl etməkdən çəkinməyin.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Vacib qərarlar qəbul etmək üçün yeddi qayda...
Sosial 21:06Kreml Solovyovu sıfırlayır..?
Dünya 20:53Kreml özünüməhv etməyi seçir...
Dünya 20:05“Bu, bütün dünya üçün bir nümayişdir...”
Dünya 19:49Partlayış - uçqun olacaq...
Dünya 19:26İrəvanda atışma olub, xəsarət alan var
Dünya 19:16Dövlətçilikdən Zəfərə uzanan siyasi xətt
Siyasət 19:08Astana niyə giriş icazələri tətbiq edir?
Dünya 19:07National Review: Dünya dizel yanacağı ilə işləyir...
İqtisadiyyat 18:52"Fənərbaxça" Bakıya gəlib
İdman 18:36Kişinyov aeroportunda mina təhlükəsi..?
Dünya 18:12Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlanır
İqtisadiyyat 17:53CAMCA regionunun beynəlxalq əhəmiyyəti artır
Dünya 17:34YAP İdarə Heyətində dəyişiklik: 5 yeni üzv seçilib
Siyasət 17:24ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcısını göndərdi
Dünya 17:17Göz quruluğunun səbəbləri nələrdir?
Səhiyyə 16:58YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
Siyasət 16:04“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
İqtisadiyyat 15:14Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 14:15Milli qürur mənbəyimiz - TƏHLİL
Siyasət 13:04Hər şey sürətləndi, insan niyə yoruldu? - KÖŞƏ
Sosial 12:39Pensiyaların indeksləşdirilməsində yeni mexanizm -EKSPERT AÇIQLADI
İqtisadiyyat 12:33“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir.
İqtisadiyyat 11:55FHN-dən əhaliyə XƏBƏRDARLIQ
Sosial 09:52Bakıda məktəbli itkin düşüb
Hadisə 04:06Rubio bu ay üç ölkəyə səfərə çıxır
Dünya 03:22Messi İspaniyada özünə klub aldı...
İdman 02:25Türkiyədə mədən çöküb, 7 ölü var
Dünya 02:02Abbas Əraqçının ağır güñü - bacısı vəfat edib
Dünya 01:03Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



