Binəqədi RİH başçısının yanında Şura iclası keçirildi

Binəqədi rayonunda 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şura iclası keçirildi. Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, Şura iclasında Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyətinin başçının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, inzibati sahə dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTB, kommunal xidmətlərinin rəhbərləri, müəssisə rəhbərləri və fəal gənclər iştirak ediblər.

Şura iclasını açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gündəlikdə duran məsələlər 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlər və görülməsi nəzərdə tutulan işlər haqqında geniş məlumat verib.

Daha sonra Rayon təsərrüfatı şöbəsinin müdiri Qüdsi Bayramov “2017-2018-ci illərin payız-qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlər və görülməsi nəzərdə tutulan işlər”, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov “2017-2018-ci illərin payız-qış mövsümünə hazırlığı dövründə mənzil fondunun yaxşılaşdırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər” , 3 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Rövşən Tağıyev “2017-2018-ci illərin payız-qış mövsümü ərzində əhalinin istiliklə təmin edilməsi istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər”, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “M.Ə.Rəsulzadə bələdiyyəsində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən və görülməsi nəzərdə tutulan işlər” haqqında məruzə ilə çıxış etmişdirlər.

Şura iclasının qərarı oxunduqdan sonra iclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Natiq qeyd etdi ki, bu gün rayonumuz Binəqədi də Cənab Prezidentin tapşırıqları əsasında xeyli işlər görülmüş və bu işlər davam etdiriləcəkdir. Bir sözlə, sürətli sosial-iqtisadi inkişafın tempinin aşağı düşməməsini təmin etmək üçün ilin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, onun verdiyi tapşırıqları və göstərişlərə əməl edərək yüksək səviyyədə görməliyik və görəcəyik.

Eyni zamanda natiq 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlığın nəticələri ilə əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlər və görülməsi nəzərdə tutulan işləri xüsusi vurğulayaraq bildirdi ki, bu işlər yüksək səviyyədə təmin edilməli və sakinlərin qış fəslində rahatlığı təmin edilməlidir.

Şura iclasının sonunda Ərazi idarəetmə və yerli özünüidarəemə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayevə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmiş və 2017-ci il ərzində rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində və əhaliyə göstərilən kommunal xidmətlərin təşkil olunmasında fərqlənən bir qrup əməkdaşlar təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə