Yevgeni Nikolayçuk: "Dağlıq Qarabağ torpağı viran qoyulub" MÖVQE

"Ermənistan işğal edilmiş ərazilərdə 20 ildən artıq müddətdə heç bir iş görməyib"

"İndi Dağlıq Qarabağ torpağı viran qoyulub, evlər dağıdılıb deməkdir. Bütün bunları bərpa etmək lazımdır. Ermənistan bu ərazini işğal edib, 20 ildən artıq bu ərazini tutub, amma orada heç bir iş görməyib. İndi bu torpağı balaca İsveçrəyə çevirmək daha asan olmazmı? Azərbaycanlılar və ermənilər əlbir olsalar, elə həmin Türkiyənin, Gürcüstanın, bəlkə İranın da iştirakı ilə bu cənnət guşəsini bərpa etmək olar".

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Postsovet məkanın öyrənilməsi mərkəzinin baş direktorunun müavini Yevgeni Nikolayçuk bu fikirləri "Qarabağ münaqişəsi zonasında amanabənd barışıq: sülhü necə saxlamalı?" mövzusuna həsr edilmiş mətbuat konfransında söyləyib.

Rusiyalı alimin fikrincə, münaqişənin həlli üçün dəqiq ölçülüb-biçilmiş Madrid prinsipləri var və Rusiya bu məsələdə mühüm rol oynaya bilər. O deyib: "Sergey Lavrovun və Dmitri Medvedevin Bakıya səfərləri buna dəlalət edir. Bu məsələnin həlli yolları var. Ola bilsin ki, müəyyən təkmilləşdirmələr, bəzi əlavələr, yeni həll yolları tələb olunacaq, lakin hesab edirəm ki, burada Rusiya əsas rol oynaya bilər. Təsadüfi deyil ki, Sergey Lavrov mətbuat konfransında Azərbaycanı və Ermənistanı Rusiyanın ən yaxşı dostları adlandırıb. Bir-biri ilə düşmənçilik edən iki tərəfi onların ən yaxşı dostları barışdırmasa, bunu kim etməlidir?".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...