Erməni təxribatının izləri FOTOLAR

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbirləri cəbhə bölgəsindədir. SİA-nın məlumatına görə, agentliyin əməkdaşları Tərtər rayonunun cəbhə xəttində yerləşən Qaradağlı, Qapanlı, Düyərli kəndlərində olub, düşmənin artilleriya zərbələri nəticəsində törədilmiş dağıntıları fotoobyektivin yaddaşına köçürüblər. Bu fotolarda erməni təxribatının izləri, dinc sakinlərin birbaşa hədəfə alındığı açıq-aydın görünür.

Xatırladaq ki, son günlər ermənilərin Tərtər rayonunu top atəşinə tutması nəticəsində 160 evə ziyan dəyib. Zədələnən evlərin bir çoxu yararsız hala düşüb. Bu gün Həsənqaya kəndində mərmi partlayışı Kəlbəcər rayonundan olan məcburi köçkün 16 yaşlı Turanə Həsənlinin həyatına son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...