3 günlük tətil bizi gözləyir

"Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycanda 9 noyabr qeyri-iş günü olacaq". SİA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli məlumat verib. Lakin, noyabrın 7-i və 8-i şənbə və bazar gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrda 3 gün istirahət edəcəklər. Beşgünlük iş həftəsi ilə işləyən vətəndaşlar üçün 3 gün, altıgünlük iş həftəsi ilə işləyənlər üçün 2 gün istirahət günü olacaq.

Qeyd edək ki, noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Milli Dirçəliş Günü – noyabrın 17-si də iş günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə