Şirvanda şəhid ailələrinə və Qarabağ əlillərinə sovqat verildi FOTOLAR

Bu gün Müdafiə Sənayesi Naziri Yavər Camalovun təşəbbüsü ilə Şirvan şəhərində yaşayan 235 şəhid ailəsinə və Qarabağ əlilinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bayram sovqatı paylanılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şəhid ailələri və Qarabağ əlilərini təbrik edən Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov bildirib ki, ölkə prezidenti İlham Əliyevin göstərişi əsasında hər il olduğu kimi az təminatlı ailələrə ərzaq məhsullarından ibarət bayram sovqatı verilir.

"Şəhər icra hakimiyyəti olaraq daim sizləri diqqət mərkəzində saxlamaq və qayğılarınızla maraqlanmaq qarşımıza prezident İlham Əliyev tərəfindən vəzifə olaraq qoyulmuşdur. Çünki siz bizlərin qürur yeri, fəxarətimizsiniz. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, sizlərə isə can sağlığı, Yeni ildə işlərinizdə müvəffəqiyyətlər arzu edirəm", - deyə icra başçısı qeyd edib.

Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Üzeyir İsmayılov çıxış edərək nazir Yavər Camalovun şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə salamlarını və bayram təbriklərini çatdırıb. Şəhid ailələri və qarabağ əlilləri diqqət və qayğıya, bayram günlərində daim yada salındıqlarına görə, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şirvan şəhər icra hakimiyyəti həmçinin 200 nəfər komunal xidmət sahəsində işləyən vətəndaşlara bayram sovqatı verib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə